Üç ölkənin XİN başçıları müzakirələrdə iştirak edəcək

Üç ölkənin XİN başçıları müzakirələrdə iştirak edəcək
  10 Aprel 2025    Oxunub:823
Antalya Diplomatik Forumu çərçivəsində "Cənubi Qafqazda regional əməkdaşlıq üçün çağırışlar və imkanlar" mövzusunda panel müzakirəsi keçiriləcək.
AzVision.az xəbər verir ki, tədbir aprelin 12-də baş tutacaq.

Müzakirələrdə Azərbaycan, Gürcüstan və Ermənistanın xarici işlər nazirləri - Ceyhun Bayramov, Maka Boçorişvili və Ararat Mirzoyan iştirak edəcəklər.

İştirakçıların Cənubi Qafqazdakı cari prosesləri müzakirə edəcəkləri, həm regional əməkdaşlıq yolunda mövcud maneələrə, həm də perspektivlərə diqqət yetirəcəkləri gözlənilir.

Bundan başqa, qlobal qeyri-sabitlik şəraitində regionun davamlı və inklüziv inkişafı məsələlərinə Xüsusi diqqətin yönəldiləcəyi planlaşdırılır.


Teqlər: Region  





Xəbər lenti