Almaniya sanksiyalar rejiminə riayət edəcək

“Biz milli səviyyədə sanksiyaların effektiv icrasını təmin etməyə davam edəcəyik. Biz Aİ-nin Rusiya və Belarusdan gübrə idxalına rüsum tətbiq etmək planlarını dəstəkləyirik”, - sazişdə deyilir.
Hər üç partiya iddia edir ki, Almaniya üçün ən ciddi və birbaşa təhlükə Rusiyadan gəlir.
Qeyd edək ki, bu gün XDİ/XSİ və ASDP liderləri Almaniyanın yeni hökumətinin işinin əsasını təşkil edəcək koalisiya sazişi haqqında razılığa gəliblər.
Xatırladaq ki, fevralın 23-də Almaniyada Bundestaqa növbədənkənar seçkilər keçirilib. Seçkilərdə XDİ/XSİ 28,5 % səslə qalib gəlib. “Almaniya üçün Alternativ” partiyası tarixində ilk dəfə olaraq 20,8 faizlə ikinci yeri tutub. ASDP isə seçicilərin 16,4 %-nin rəğbətini qazanaraq üçüncü olub.
Teqlər: Almaniya