Qətər Mədəniyyəti Günlərinin rəsmi açılışı olub I FOTO

Qətər Mədəniyyəti Günlərinin rəsmi açılışı olub    I FOTO
  11 Aprel 2025    Oxunub:727
Heydər Əliyev Mərkəzində Qətər Mədəniyyəti Günlərinin rəsmi açılışı keçirilib.
Açılış mərasimindən öncə Azərbaycan Respublikasının mədəniyyət naziri Adil Kərimli və Qətər Dövlətindən olan həmkarı Şeyx Əbdülrəhman bin Həməd əl-Tani Dənizkənarı Milli Parkda yaradılan müxtəlif təyinatlı pavilyonlarda Qətərin milli geyimləri, mətbəxi, musiqi, toxuculuq və kalliqrafiya sənəti nümunələri ilə tanış olublar. Pavilyonlar haqqında nazirlərə ətraflı məlumat verilib. Qətərli ifaçıların təqdim etdiyi musiqili kompozisiyalar maraqla qarşılanıb.

Mədəniyyət günlərinin Heydər Əliyev Mərkəzində təşkil olunan açılış tədbirində iki ölkənin mədəniyyət nazirləri, Milli Məclisin üzvləri, səfirlər, tanınmış mədəniyyət xadimləri və ictimaiyyət nümayəndələri iştirak ediblər. Əvvəlcə Azərbaycan Respublikası və Qətər Dövləti arasında əməkdaşlıq münasibətləri barədə məlumat verilib, mədəniyyətin xalqlar arasında əlaqələrin möhkəmləndirilməsində müstəsna rolu vurğulanıb.

Sonra geniş konsert proqramı təqdim olunub. Qətərli musiqiçilərin və xor kollektivinin ifasında səsləndirilən nəğmələr alqışlarla qarşılanıb.
Bildirək ki, Qətər Mədəniyyəti Günləri aprelin 13-dək davam edəcək. Tədbir çərçivəsində Dənizkənarı Milli Parkda qurulmuş pavilyonlarda qətərli musiqiçilərin iştirakı ilə konsertlər təşkil olunacaq.

2024-cü ilin fevral ayında Qətərdə keçirilən Azərbaycan Mədəniyyəti Günləri də dost ölkədə mədəniyyətimizin təntənəli təqdimatı ilə yadda qalıb.

Qalereya




Teqlər: Qətər  





Xəbər lenti