ABŞ İranla sülhə ümid edir

ABŞ İranla sülhə ümid edir
  10 Aprel 2025    Oxunub:763
ABŞ İranla birbaşa danışıqların sülhə gətirib çıxaracağına ümid edir.
AzVision.az xəbər verir ki, bu barədə ABŞ dövlət katibi Marko Rubio Nazirlər Kabinetinin iclasında bildirib.

Rubio qeyd edib ki, şənbə günü ABŞ Prezidentinin xüsusi nümayəndəsi Stiven Uitkoff və İslam Respublikasının yüksək rütbəli rəsmisi arasında birbaşa danışıqlar aparılacaq.

O xatırladıb ki, Prezident Tramp çox açıq şəkildə bildirib ki, İran heç vaxt nüvə silahına malik olmayacaq.

ABŞ dövlət katibi vurğulayıb ki, Omanda keçiriləcək ABŞ-İran nüvə danışıqları sülhə gətirib çıxara bilər.


Teqlər: ABŞ   İran  





Xəbər lenti