Azad Rəhimov hesabat verdi
Düşərgələrin təşkili ilə bağlı danışan Azad Rəhimov bildirib ki, bu işlər davam etdiriləcək. “Bu düşərgələrdə 1600-dən gənc olub. 10 il ərzində gənclər isyasəti sahəsində büdcə 100 dəfə qədər artıb”..
Nazir eyni zamanda gənclər infrastrukturunun yaxşılaşdırılması istiqamətində yeni layihəyə start verilib. “Bu il 19 gənclər evi müxtəlif bölgələrdə açılıb. 3 il ərzində bunların sayı 2 dəfədən çox artacaq. Nazirliyin mühüm iş istiqamətlərindəın biri QHT-lərələ işdir. 10 il ərzində QHT gənclər təşkilatlarının sayı artıb. Hal hazırda 250 QHT gənclər təşkilatı fəaliyyət göstərir”.
A.Rəhimov bildirib ki, 2003-ci illə müqayisədə gənclərlə bağlı layihələrin sayı artıb. “Bu sahədə 2003 illə müqayisədə layihələrin sayı 25 dəfə artıb. Təhsil alan gənclərə, 197 min tələbəyə 30 ölkədə 120-130 min vahid tələbə kartı paylanılıb.
Nazir bildirib ki, bu il 71 gənclər təşkilatına 1 milyon 5 yüz min manat qrant ayrılıb. “Gənclərlə iş sahəsində hər il xaricdə də işrlər davam etdirilir. Romada keçrilən forumda 500-dən çox müəllim və tələbə iştirak edib. Gənc alimlər arasında elmi araşdırmalar aparılır. Onların bəzi esselər, maraqlı işlərinə çap edirik və bu işi davam etdirəcəyik”.
Bu ilin Prezident seçkiləri ili olduğunu xatırladan Azad Rəhimov qeyd edib ki, prezident seçkilərində 600 min gənc ilk dəfə seçkiyə gələcək. “Gənclərin seçkilərdə iştirak etməsi bizim üçün çox vacibdir. Əsas məqsəd maarifləndirmə işləri aparmaq, seçki məntəqələrinə gətirməkdir. Bununla bağlı yeni çağırış rolikləri hazırlanır və bunları ekranda yaxın vaxtlarda görəcəksiniz”.
Nazir eyni zamanda bu il idman sahəsində görülən işləri də bildirib. “Bu il 52 təlim məşq toplantısı keçirilib. 125 respublika yarışları, 200 beynəlxalq yarışlar keçirilib, 158 beynəlxalq yarışlarda yığma komandamız iştirak edib.
Azərbaycanda dünya idman jurnalistlərinin forumunun keçiriləcəyindən danışan nazir qeyd edib ki, Bakıya 110 ölkənin idman sahəsində çalışan jurnalistləri gələcək. Onlarla Azərbaycan jurnalistlərinin görüşləri təşkil olunacaq.
Sevinc İLTİFATQIZI