Bakıda tramvay xətlərinin inşa olunması üçün zonalar müəyyənləşdirilir

   Bakıda tramvay xətlərinin inşa olunması üçün zonalar müəyyənləşdirilir
  10 Yanvar 2025    Oxunub:339
"Bakı şəhərində tramvay xətlərinin inşa olunması üçün zonalar müəyyənləşdirilir və bu istiqamətdə işlər davam etdirilir".
Bu sözləri "Nəqliyyat sahəsində 2024-cü ildə həyata keçirilən tədbirlər və 2025-ci il üçün planlar" mövzusunda keçirilən mətbuat konfransında jurnalistlərin sualını cavablandırarkən rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Rəhman Hümbətov deyib. O bildirib ki, əsas diqqət problemli zonaların aşkarlanması və insan axınının hansı istiqamətlərdə olduğunu müəyyənləşdirməkdir:

"Tramvay xətlərinin inşasının özlüyündə yaradacağı fəsadlar var. İlk növbədə bunun üçün uyğun yer olmalıdır. Biz Bakıda tramvay xətlərinin inşası üçün faydalı ola biləcək bir neçə ərazi müəyyən etmişik".

AzVision.az



Teqlər:





Xəbər lenti