"AzParking" tətbiqi ilə elektron parklanma sistemi yaradılıb"

"AzParking" tətbiqi ilə elektron parklanma sistemi yaradılıb"
  10 Yanvar 2025    Oxunub:334
"Bakı şəhərində təxminən 2324 parklanma məntəqəsi üzrə 20755 parklanma yeri təşkil olunub. Parklanma yerlərinin təxminən 11%-i mərkəz, 48%-i I, 30%-i II, 10%-i III və 1%-i IV zonada yerləşir".
AzVision.az xəbər verir ki, bu sözləri Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) İdarə Heyətinin sədri Anar Rzayev "Nəqliyyat sahəsində 2024-cü ildə həyata keçirilən tədbirlər və 2025-ci il üçün planlar" mövzusunda mətbuat konfransında deyib.

Onun sözlərinə görə, parklanmanın proqram təminatı ve SMS vasitəsilə idarə edilməsi məqsədilə sistem istifadəyə verilib:

"AzParking" mobil tətbiqi ilə parkinq ödənişlərinin yalnız nağdsız qaydada ödənilməsi, fərdi parklanma talonlarının sistem üzərindən tam elektron şəkildə verilməsi təmin edilib. Ötən dövr ərzində verilən fərdi parklanma talonlarının sayi 19242 ədəd təşkil edilib. Parklanma sahəsində yeni paradiqma yaradılıb ve parklanma yerlərinin əlçatanlığı təmin olunub".

Həmidə İbrahimova
AzVision.az


Teqlər: AYNA  





Xəbər lenti