Cəmil Quliyev:`Kim mənimlə işləmək istəmirsə...
İctimai Televiziya və Radio Yayımları Şirkətinin prezidenti Cəmil Quliyev Anar Yusifoğlunun işdən getməsi barədə Publika.Az-a açıqlama verib.
C.Quliyev həmçinin televiziyaya rəhbər təyin olunandan sonra İTV-dən gedən işçilərlə bağlı da açıqlama verib.
“Heç kəs heç kəsi İTV-dən kənarlaşdırmayıb. Kim işdən gedibsə, öz ərizəsi əsasında gedib. O ərizələrin hamısı məndədir. İnsanları zorla tutub saxlaya bilmərik ki... Kim mənimlə işləmək istəmirsə, işləmir və özünə başqa iş yeri tapır”.