İbrahimbəyov cavabsız qalıb
Şikayət artıq hazırdır. Bu barədə AzVision.az-a Rüstəm İbrahimbəyovun vəkili Fuad Ağayev danışıb.
`Biz şikayəti hazırlayıb, təqdim etmişik. Amma hələ ki, bir xəbər yoxdur. Həm də qeyd etmişəm ki, mənim də məhkəmədə iştirakımı təmin etsinlər. Görək də nə cavab verirlər `.
Qeyd edək ki,Mərkəzi Seçki Komissiyası avqustun 27-də Rüstəm İbrahimbəyovun prezidentliyə namizədliyini təsdiqləməyib. Onun Rusiya vətəndaşı olduğu, son 10 ildə Azərbaycanda 3 ildən bir az çox yaşadığı əsas gətirilib.
Rüstəm İbrahimbəyov MSK-nın qərarının qanunsuz sayılmasını istəyir.
Nihadə Eyyubova