Namazovun müavini: Cəmil Həsənlini dəstəkləməyin!
“El” Hərəkatının rəsmisinin xalqdan dəstək istədiyi namizəd isə ReAl Hərəkatının həbsdə olan sədri, prezidentliyə namizəd İlqar Məmmədovdur.
K.Nağıbəyli bildirib ki, bu qərar onun şəxsi seçimidir və “El” Hərəkatında bununla bağlı heç kimin fikrini öyrənməyib:
“El” Hərəkatında hamı müstəqil adamdır. Hər kəsin öz qərarı var. Mənim də qərarım odur ki, həbsdə olan mübariz bir adamı dəstəkləyim. Buna görə də xalqa çağırış edirəm ki, seçkilərdə İlqar Məmmədovu dəstəkləsinlər”.
“El” rəsmisinin sözlərinə görə, onun bu çağırışı Milli Şuranın C.Həsənlinin namizədliyini dəstəkləməsi ilə bağlı qərarına qarşı çıxmaq deyil: ““El” Hərəkatı Milli Şuranın qərarını dəstəkləyir. Mənim bu qərarım Cəmil Həsənliyə qarşı çıxmaq sayılmamalıdır”.(aznews.az)
Teqlər: