AMEA bakalavrlara müraciət edib

AMEA bakalavrlara müraciət edib
  22 İyun 2017    Oxunub:1925
Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) magistraturaya qəbul olan bakalavrlara müraciət edib.
Akademiyadan AzVision.az-a verilən məlumata görə, 2017/2018-ci tədris ili üçün AMEA-nın magistraturasına qəbul olunmuş bakalavrlar iyunun 29-dan iyulun 10-dək AMEA-da qeydiyyatdan keçməlidirlər.

Qeydiyyatdan keçməyən bakalavrlar qəbul olunanların siyahısından xaric ediləcəklər.

Qeyd edək ki, AMEA magistraturaya qəbulu 2015-2016-cı ildən aparmağa başlayıb.

Bu il 6233 nəfəri respublika ali təhsil müəssisələrinin magistraturalarına qəbul olub.

AzVision.az


Teqlər: AMEA  





Xəbər lenti