Deputat ermənilərin yaraladığı azərbaycanlıya zəng etdi
Rayonun baş həkimi Paşa Muradov ilə danışdıq. Çox şükr, həkimlərimizin yardımı nəticəsində 28 yaşlı Adil Musayevin həyatını xilas etmək mümkün oldu. Bir az əvvəl Adilin özü ilə danışdım. Allaha çox şükr ki, yaxşılaşır və ona keçmiş olsun diləklərimi söylədim. Həkimlərimiz qısa zamanda onun tam sağlamlığına qovuşması üçün əllərindən gələni edəcəklərini dedilər. Beynəlxalq təşkilatlar və onların Bakıdakı ofisləri Ermənistan Silahlı Qüvvələrinin dinc, sivil insanlara qarşı törətdiyi bu cür hadisələrə reaksiya verməlidirlər. Təəssüf ki, Ermənistanın hər zaman qeyri-insani addımlarına, hərəkətlərinə reaksiya verməyən təşkilatlardan bunu gözləmək aşırı optimizm olardı. Təəssüf ki, onlar bu məsələdə obyektivliklərini çoxdan itiriblər...`.