Milli Şura "EL" i yaxına buraxmır

Milli Şura "EL" i yaxına buraxmır
  05 Sentyabr 2013    Oxunub:1090
Milli Şura "EL" hərəkatı ətrafında yaranan problemlərdən uzaq durmağa çalışır.
Bu barədə Müsavat Partiyası başqanının sabiq müavini, politoloq Qabil Hüseynli Milli Şura ilə "EL" hərəkatı arasında yaranan narazılığı şərh edərkən deyib.

Q.Hüseynli bildirib ki, hazırda "EL" hərəkatının ətrafında o qədər də xoş olmayan bir vəziyyət formalaşmaqdadır: "Milli Şuranın bəzi üzvləri sankı yaxınlaşan fəlakəti duyaraq Eldar Namazovla soyuq münasibətlər saxlamağa başlayıblar".

Q.Hüseynli qeyd edib ki, Milli Şurada bəzi partiyalar çalışırlar ki, "EL" hərəkatı ilə bağlı problemlər Milli Şuraya yönəlməsin və bir növ özlərini bu məsələdə qorumağa çalışırlar: "Çünki bütün bunlar Milli Şuranın prezident seçkiləri ilə əlaqədar işini poza bilər və buna görə də Milli Şuranın üzvləri "EL" hərəkatı ilə məsafəni bir az uzatmaq istəyirlər".

Politoloq Milli Şura ilə "EL" hərəkatı arasında yaranan narazılığın digər bir səbəbini Rüstəm İbrahimbəyovun gəlməməsi ilə əlaqələdirir:

"Rüstəm İbrahimbəyovun gəlməməsi də müəyyən rol oynayır. Çünki o qədər vədlər vermişdi və həmin vədlərdən heç birini yerinə yetirmədi. O vədlərin də bir qismini məhz Eldar Namazovun dili ilə vermişdi. Görünür ki, bunlar da Milli Şura ilə "EL" hərəkatı arasındakı münasibətlərə təsirsiz ötüşməyib".(trend)


Teqlər:





Xəbər lenti