Şagirdlər üçün əla fürsət

Şagirdlər üçün əla fürsət
  03 İyul 2017    Oxunub:2867
"Yay məktəbi" Bakı şəhərində 18 ümumtəhsil məktəbini əhatə edəcək.
AzVision.az xəbər verir ki, bunu təhsil nazirinin müavini Firudin Qurbanov deyib. Onun sözlətinə götə, 6 həftə baş tutacaq layihə zamanı 1000-dən çox şagird üçün təlim, seminar və informativ sessiyalar keçiriləcək, müxtəlif idman yarışları, əyləncəli saatlar təşkil olunacaq.

""Yay məkyəbi" 2 ay ərzində mərhələlərlə xüsusi proqram əsasında təşkil olunacaq. 3-28 iyul tarixlərində layihəyə daxil olan 18 məktəbin 5 və 6-cı, 1-31 avqust tarixlərində isə 7 və 8-ci sinif şagirdləri üçün təşkil olunacaq".

F.Qurbanov qeyd edib ki, layihə şagirdlərin asudə vaxtlarını təşkil etmək üçün həyata keçirilir: "Əsas məqsəd ondan ibarətdir ki, şagirdlər mütaliə vərdişlərini təkmilləşdirsinlər. İstəməzdik ki, şagirdlər təhsildən uzaq qalsınlar".

Nazir müavini qeyd edib ki şagirdlər üçün "Yay məktəbi" ödənişsizdir. Layihə çərçivəsində şagirdlər günün birinci yarısında məktəbdə olacaq və onların təhlükəsizliyi təmin ediləcək.

Qeyd edək ki, "Məktəblinin dostu" pilot layihəsi Təhsil Nazirliyi və Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin birgə tərəfdaşlığı ilə Bakı şəhəribdə 30 ümumtəhsil müəssisəsini əhatə edir. Layihə üzrə 112 əməkdaş çalışır.

Aytən Zəhra
AzVision.az


Teqlər: Təhsil-Nazirliyi   Yay-məktəbi  





Xəbər lenti