ATƏT-in Bakı Ofisinin nümayəndələri 3 saylı İstintaq Təcridxanasında olublar
Monitorinq zamanı müəssisənin yataqxanalarına, təqsirləndirilən şəxslərin saxlanma kameralarına, məişət obyektlərinə, dini ibadət otağına, mətbəx və yeməkxanaya, tibbi hissəyə və dərman preparatları ambarına, kitabxanaya, istintaq otaqlarına və digər yardımçı otaqlara baş çəkilib. Məhkumlara və təqsirləndirilən şəxslərə yeni qanunvericiliyə uyğun telefon danışıqları və görüşlərin təqdim edilməsi məqsədilə yaradılmış şərait ofis nümayəndələrinin xüsusi diqqətinə səbəb olub.
Başçəkmə zamanı nümayəndə heyətini Penitensiar Xidmətin məsul əməkdaşları müşayiət ediblər.