ALP Cəmil Həsənliyə görə İsa Qəmbərə dinməyəcək

ALP  Cəmil Həsənliyə görə İsa Qəmbərə dinməyəcək
  08 Sentyabr 2013    Oxunub:1086
ndicə əldə olunmuş razılığa görə birinci gün ALP lideri, professor Lalə Şövkət və Milli Şuranın prezidentliyə vahid namizədi, professor Cəmil Həsənli görüşəcəklər`.

Bunu Azərbaycan Liberal Partiyasının (ALP) sədri Əvəz Temirxan facebook profilində paylaşıb.

`Cəmil bəyin istəyini nəzərə alaraq, biz bu andan Müsavat başqanı İsa Qəmbərin və onun tərəfdarların bizim ünvanımıza böhtanlarına cavab verməyə birtərəfli qaydada məhdudiyyət qoyuruq. İnanmıram ki, İsa Qəmbər və onun tərəfdarları da eyni addımı atacaqlar.

Bütün Lalə Şövkət və ALP tərəfdarlarından xahiş edirəm. İsa Qəmbər və onun tərəfdarlarının ünvanımıza söylədikləri ittihamlara cavab verməyin. Çünki, Milli Şuranın vahid namizədi Cəmil Həsənlinin istəyini nəzərə alaraq və onun xatirinə biz bu ittihamlara cavab verməyə birtərəfli qaydada məhdudiyyət qoymuşuq..`

AzVision.az


Teqlər:  





Xəbər lenti