Suris Təbrizlinin dəfni təxirə salınıb

Suris Təbrizlinin dəfni təxirə salınıb
  08 Sentyabr 2013    Oxunub:1310
Azərbaycan milli azadlıq hərəkatında fəal iştirak etmiş, YAP-ın qurucularından olan Suris Təbrizlinin saat 13.00-a planlaşdırılan dəfni təxirə salınıb.
AzVision.az musavat.com-a istinadən xəbər verir ki, bu, mərhumun məzar yerinin dəyişdirilməsi ilə bağlıdır.
Belə ki, II Fəxri Xiyabanın girişində məzar yeri qazılıbmış. Lakin Sirus Təbrizlinin ailəsi onun son arzusunun yerinə yetirilməsini istəyib.
Anar Məmmədxanovla dost olan Sirus Təbrizli onun yanında dəfn olunmasını istəyibmiş.
Odur ki, yeni məzarın qazılması üçün dəfnin vaxtı dəyişdirilib. Son məlumata görə, mərhum saat 15.00-da torpağa tapşırılacaq.

AzVision.az


Teqlər:





Xəbər lenti