ANS-in əməkdaşı istefa verdi
İşdən çıxmasının səbəbi ilə bağlı danışan A.Hacıyev bildirib ki, artıq ANS-dəki missiyası başa çatıb: “Sadəcə missiyam başa çatdı, artıq on ilə yaxın idi ki, orada işləyirdim. Hesab edirəm ki, bəsdir”.
Aparıcı hazırda evdə olduğunu, lakin yeni iş təklifləri barədə götür-qoy etdiyini qeyd edib.
Qeyd edək ki, bir müddət öncə Ayaz Nizamioğlu, Azadə Balayeva, Afət Telmanqızı da ANS-dən istefa vermişdilər.
Sevinc İLTİFATQIZI