Zahid Orucun namizədliyi qeydə alınıb

Zahid Orucun namizədliyi qeydə alınıb
  09 Sentyabr 2013    Oxunub:1016
Müstəqil şəkildə öz namizədliyini irəli sürmüş millət vəkili Zahid Orucun prezidentliyə namizədliyi qeydə alınıb.
AzVision.az xəbər verir ki, bu barədə qərar MSK-nın bu gün keçirilən iclasında verilib.

MSK katibi Arifə Muxtarova bildirib ki, 9 oktyabrda keçiriləcək prezident seçkilər üçün öz namizədliyini irəli sürmüş Zahid Məhərrəm oğlu Orucovun namizədliyi qeydə alınıb.

A.Muxtarovanın sözlərin görə, eyni zamanda Zahid Orucun səlahiyyətli nümayəndələri də qeydə alınıb.

İşçi qrupunun rəhbəri İlham Məmmədov bildirib ki, 73 dairədən 44min imza toplanıb. 40272 imza etibarlı, 3728 imza isə etibarsız olduğu təqdim olunub.

Sevinc İLTİFATQIZI


Teqlər:





Xəbər lenti