Məmmədyarov yeni səfiri qəbul edib
XİN mətbuat xidmətindən AzVision.az-a verilən məlumata görə, E.Məmmədyarov Məhəmməd əl-Haqı ölkəmizə səfir təyin olunması münasibəti ilə təbrik edib və gələcək fəaliyyətində uğurlar arzulayıb.
Görüşdə Azərbaycan-Sudan münasibətləri, Afrikada, o cümlədən Cənubi Qafqazda gedən proseslər haqqında fikir mübadiləsi aparılıb.
Nazir Elmar Məmmədyarov onu da qarşı tərəfin diqqətinə çatdırıb ki, Azərbaycan Beynəlxalq İnkişafa Yardım Agentliyi vasitəsilə Sudan Respublikasına yardım etməyə hazırdır.
AzVision.az
Teqlər: