Tezliklə yeni diplomatik nümayəndəliklərimiz açılacaq

Tezliklə yeni diplomatik nümayəndəliklərimiz açılacaq
  10 Sentyabr 2013    Oxunub:1023
“Azərbaycan prezidenti tərəfindən müxtəlif ölkələrlə ikitərəfli münasibətlərin inkişafı prioritet vəzifələrdən biri kimi müəyyən edilmişdir. Hazırda Azərbaycanın xarici ölkələrdə 80-dən artıq diplomatik nümayəndəliyi fəaliyyət göstərir və onların sırasına yaxın vaxtlarda yeniləri də əlavə olunacaq”.

Bu barədə Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov “Azərbaycan” qəzetində çıxan məqaləsində yazıb.

Məqalədə qeyd olunur ki, 2013-cü il ərzində Azərbaycanın Avstraliya və Vyetnamda səfirlikləri fəaliyyətə başlayıb: “Bu nümayəndəliklər ölkəmizin milli maraqlarının təmin olunmasında, xarici siyasətin həyata keçirilməsində, iqtisadi əlaqələrimizin coğrafiyasının genişləndirilməsində, ikitərəfli və çoxtərəfli münasibətlərin inkişaf etdirilməsində, eləcə də respublikamızın xarici ölkələrdə təbliği, xarici ölkələrdə yaşayan Azərbaycan Respublikası vətəndaşlarının və soydaşlarımızın hüquqlarının müdafiə edilməsi işində onların qarşısında qoyulan vəzifələri icra edir.

Azərbaycanın xarici siyasəti üçün qismən yeni məntəqələr olan Latın Amerikası və Afrika qitəsində son dövrlərdə səfirliklərimizin açılması qısa müddət ərzində bu ölkələrlə əlaqəlimizin inkişafında mühüm rol oynayıb.

Eyni zamanda qeyd olunmalıdır ki, daxili sabitliyə, yüksək inkişaf göstəricilərinə malik olan və artıq özünü dünyada etibarlı tərəfdaş kimi təsdiq etmiş Azərbaycanla əməkdaşlığın inkişafında digər dövlətlər də maraqlıdır”.

AzVision.az


Teqlər:





Xəbər lenti