`İlyas İsmayılova hörmət edirəm, amma onun oğlu...`

`İlyas İsmayılova hörmət edirəm, amma onun oğlu...`
  10 Sentyabr 2013    Oxunub:1157
`Mən artıq bu siyasi axsaqlara cavab verməkdən bezmişəm. Elementar mədəniyyətdən, siyasi etikadan uzaq olan adamlara cavab vermək istəmirəm`.

Bunu Milli Şuranın üzvü Eldəniz Quliyev Ədalət Partiyasının sədr müavini Etimad İsmayılovun müsahibəsində Eldəniz Quliyevin İlyas İsmayılova dərs vermək iqtidarında olmamasına münasibət bildirərkən deyib.

Onun sözlərinə görə, işlətdiyi ifadələr Ədalət partiyasının yox, İslam Partiyasının ünvanına olub :`Sadəcə Etimad İsmayılov mənim çox hörmət etdiyim İlyas İsmayılovun oğlu olduğu üçün artıq sözlər demək istəmirəm. Əslində, mənim iradlarım Ədalət Partiyasına deyil, İslam Partiyasına idi. Çox istərdim ki, İslam Partiyası cavab versin`.

E.Quliyev vurğulayıb ki, qanunun aliliyindən dəfələrlə danışan Etimad İsmayılov bir zamanlar qanun pozuntusuna görə həbs olunub. Və belələrinin yaşından böyüklərə tərbiyədən uzaq ifadələr işlətməsi təəssüf hissi doğurur.

Qeyd edək ki, Etimad İsmayılov müsahibəsində bildirib ki, İslam Partiyası ilə Ədalət Partiyasının yaxınlığı bir çox insanları narahat edir :`Bəziləri, ”El” hərəkatının yetkilisi Eldəniz Quliyev kimi hədlərini keçiblər. Eldəniz Quliyev KİV-ə müsahibəsində İslam Partiyasının Ədalət Partiyasının namizədini dəstəkləməsini belə şərh edib: "Bu yol səhv yoldur. İslam Partiyasını apardıqları yol qətiyyən nə əxlaqa, nə mənəviyyata, nə dinimizə, nə müqəddəs Quranımıza uyğun olmayan bir yoldur”. Həm də İlyas İsmayılova huquq, dövlətçilik dərsi deməyə cəhd edib. İlyas İsmayılovun bir cümləsi ağırlığında olmayan birinin ona və onun dəyərlərinə qiymət verməsi, Azərbaycan siyasətinin acı durumunun işarəsidir. Görün Azərbaycan siyasəti hansı durumdadır ki, Eldəniz Quliyev ölçü vahidi olmağa səy göstərir`.

Şahanə Rəhimli



Teqlər:  





Xəbər lenti