Azad Rəhimov Birinci Avropa Oyunlarını müzakirə etdi
Bu gün isə Azad Rəhimov London Olimpiya Oyunlarının baş icraçı direktoru lord Sebastyan Coe ilə görüşüb. Görüş zamanı Birinci Avropa Oyunlarına hazırlıq işlərində London olimpiadasının uğurlu təcrübəsindən yararlanmaq və bu sahədə görülən işlər əsas müzakirə mövzusu olub.
Nazir Azad Rəhimovun Dünya İdman Mətbuatı Assosiasiyasının (AIPS) prezidenti Canni Merlo ilə görüşü zamanı isə gələn il aprelin sonunda Bakıda təşkil ediləcək AIPS-in 77-ci konqresinə hazırlıq işləri müzakirə edilib. Qeyd edək ki, AIPS-in 90 illik yubileyi də gələn il qeyd ediləcək.
Nazir Azad Rəhimov bu gün bir çox dünya və Avropa federasiyalarının rəhbərləri ilə də görüşüb.
Teqlər: