Əvəz Temirxan Zəminə Dünyamalıyevanın cavabını verdi

Əvəz Temirxan Zəminə Dünyamalıyevanın cavabını verdi
  10 Sentyabr 2013    Oxunub:1195
`Bizim partiya zəif partiya deyil. Sadəcə partiyamızın qəzeti olmadığına görə üzvlərimizi tanıda bilməmişik`.

Bunu AzVision.az-a Azərbaycan Liberal Partiyasının (ALP) sədri Əvəz Temirxan Açıq Cəmiyyət Partiyası (ACP) lideri Rəsul Quliyevin müşaviri Zəminə Dünyamalıyevanın `ALP zəif partiyadır` fikrinə münasibət bildirərkən deyib.

Onun sözlərinə görə, ALP ölkənin ən güclü partiyalarından biridir.

-Liberal Partiya ölkənin ən güclü partiyalarından biridir. Liberal Partiyanın qəzeti olmadığından onun hansı gücə malik olduğunu Zəminə xanım kimi dostlarımız da bilmir. Liberal Partiya Milli Şurada çoxlarını təəccübləndirir. Öz kadrları, iş bacarığı, təcrübəsi ilə seçilir. Zəminə xanıma fikirləri üçün təşəkkür edirəm.

Qeyd edək ki, Açıq Cəmiyyət Partiyası (ACP) lideri Rəsul Quliyevin müşaviri Zəminə Dünyamalıyeva saytımıza açıqlamasında bildirib ki, Lalə Şövkətin partiyası zəif partiyadır :`Amma, Lalə Şövkətin özü elə bir şəxsiyyətdir ki, onun böyük partiya qədər potensialı var`.

Nihadə



Teqlər:  





Xəbər lenti