Sankt-Peterburqda Azərbaycanla bağlı tədbir
Sankt-Peterburq Administrasiyasının nümayəndələri, RF Dumasının deputatlarının da iştirak etdiyi tədbirin rəsmi hissəsində Azərbaycanın Sankt-Peterburqdakı Milli-Mədəni Muxtariyyətinin rəhbəri Vaqif Məmişov, MDB Parlamentlərarası Assambleyası Katibliyinin rəhbəri Aleksey İvanoviç Sergeyev və başqa rəsmi şəxslər çıxış ediblər.
Onlar çıxışlarında Azərbaycan Respublikasının prezidenti İlham Əliyevin fəaliyyəti nəticəsində Azərbaycanın sürətlə inkişaf etdiyini, regionda söz sahibi olan dövlətlərdən birinə çevrildiyini və Rusiya Federasiyasının prezidenti V. Putinin Azərbaycana son səfərinin iki ölkə arasındakı əlaqələrin inkişafına böyük töhfə olduğunu xüsusi vurğulayıblar.
Tədbir Azərbaycanın və Rusiyanın tanınmış estrada ulduzlarının iştirakıyla təşkil olunan konset proqramı ilə davam edib.
Teqlər: