`İbrahimbəyovun BMT-yə müraciət etməsi siyasi populizmdir`
Onun sözlərinə görə, R.İbrahimbəyov iqtidar namizədi olsaydı belə, onu qeydə ala bilməzdilər: “Çünki Konstitusiya və Seçki Məcəlləsi buna imkan vermir. Hüquqi baxımdan onun qeydə alınması mümkün deyil. Hətta iqtidar istəsəydi də, Rüstəm İbrahimbəyovu qeydə ala bilməzdi”.
T.Kərimli İbrahimbəyovun BMT-ə müraciət etməsini cığallıq adlandırıb: “İndi hər hansı məhkəməyə və ya beynəlxalq təşkilatlara müraciət etmək siyasi populizmdən və cığallıqdan başqa bir şey deyil”. (hafta.az)