İlham Əliyev həmkarına başsağlığı verdi

İlham Əliyev həmkarına başsağlığı verdi
  11 Sentyabr 2013    Oxunub:1021
Azərbaycan Prezidenti İlham Əliyev İran İslam Respublikasının Prezidenti Həsən Ruhaniyə başsağlığı verib.
AzVision.az xəbər verir ki, başsağlığında deyilir:

"Tehran-Qum yolunda baş vermiş ağır nəqliyyat qəzası nəticəsində çoxsaylı insan tələfatı xəbəri məni son dərəcə kədərləndirdi.
Bu hadisə ilə əlaqədar Sizə, həlak olanların ailələrinə və yaxınlarına dərin hüznlə başsağlığı verir, yaralananlara və xəsarət alanlara şəfa diləyirəm. Allah rəhmət eləsin!"


Teqlər:





Xəbər lenti