522 min 840 sürücü cəzalandırılıb
AzVision.az xəbər verir ki, Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi, polis polkovnik-leytenantı Vaqif Əsədov Azərtac-a bildirib ki, tərtib edilmiş protokolların 2.149-u avtomobilin sərxoş halda idarə edilməsi, 3.034-ü qəza şəraitinin yaradılması, 1.481-i polisin əmrinə tabe olmama, 9.436-sı qırmızı işıqdan keçmə, 1.508-i dövlət nömrə nişanı olmadan avtomobili idarəetmə, 2.905-i ötmə və manevr qaydalarını pozma, 172-si xüsusi təyinatlı avtomobillərin (polis, yanğınsöndürən, təcili tibbi yarım və s. ) hərəkəti zamanı sirenə yol verilməmə, 3.551-i sürücülük vəsiqəsi olmadan avtomobili idarə etmə, 36.881-i yolayrıcını keçmə, 28.759-u qoşa xətt kimi tanınan üfüqi nişanlanma xəttinin tələbini pozub əks istiqamətli yol zolağına daxilolma, 200-ü avtoxuliqanlıq, qalanları isə digər qayda pozuntuları ilə əlaqədar olub.