`Müxalifətin namizədi ilə İlham Əliyev arasındakı fərq böyükdür`

`Müxalifətin namizədi ilə İlham Əliyev arasındakı fərq böyükdür`
  13 Sentyabr 2013    Oxunub:1726
“Cəmil Həsənlini sanballı alim, publisist, müsbət bir insan kimi dəyərləndirirəm”.
AzVision.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Milli Məclisin Regional məsələlər komitəsinin sədri, YAP İdarə Heyəti və Siyasi Şurasının üzvi Arif Rəhimzadə bildirib.

Bununla belə, komitə sədri müxalifətin aydın plan və proqramlarının olmadığın da qeyd edib:

“Açığını deyim ki, onların ideyalarında, onların təsəvvür etdiyi istiqamətdə real olan nə bir plan, nə də onların icrası üçün addım görürəm. Odur ki, müxalifətin namizədi ilə indiki iqtidarın namizədi arasında fərq müqayisə olunmayacaq dərəcədə böyükdür. Özünüz də görürsünüz ki, cənab Prezident nə qədər açılışlarda iştirak edir. Bunlar havayı, boş şeylər deyil. Bunlar böyük bir siyasətin uğurudur. Yeni yollar salınır, binalar , xəstəxanalar tikilir. Bir az öncə iclasımızda deputat həmkarımlarımızdan biri doğrudan da bir məqamı haqlı olaraq, xatırlatdı.

Vaxtilə o Milli Məclisdə çıxışlarının birində demişdi ki, kimin böyrəyində daş varsa, həkimə yox, Yardımlıya getsin . Amma, indi o daşın düşməsi üçün Yardımlıya getmək lazım deyil. Hər yerdə yaxşı yollar salınır.

Ümumiyyətlə, Azərbaycanın inkişafını heç kim inkar edə bilməz. Bu inkişafın aparıcısı da məhz İlham Əliyevdir. Bunu insanlar da başa düşür və hesab edirəm ki, düz də edirlər”.

Sevinc iltifatqızı


Teqlər:  





Xəbər lenti