Misirdəki səfirliyimiz fəaliyyətini bərpa edəcək
"Avqustun sonlarında Misirdə vəziyyətin gərginləşməsindən sonra səfirliyin əməkdaşları və onların ailə üzviləri ölkədən çıxarılıb. Hazırda səfirlik qeyri-tam tərkibdə işləyir, yəni onun bu ölkədə fəaliyyəti səfir və bir diplomat tərəfindən həyata keçirilir".
Abdullayevin sözlərinə görə, Azərbaycanın Suriyadakı səfirliyi bu ölkədə vəziyyət gərginləşəndən sonra Livana köçüb və ölkənin diplomatik nümayəndəliyinin həmçinin akkreditə olunduğu Beyrutda qalmaqda davam edir.
Abdullayev əlavə edib: "Azərbaycanın Suriya məsələsi ilə bağlı mövqeyi dəyişməz olaraq qalır, BMT Baş Assambleyası çərçivəsində müzakirələr davam edir. Rəsmi Bakı orada kimyəvi silahın tətbiq olunmasına qarşı çıxır".(trend)
Teqlər: