Mətbuat xidmətinin rəhbəri işdən çıxdı
AzVision.az məsələ ilə bağlı Rəcəb Rzayevlə əlaqə saxlayıb. Universitetin sabiq əməkdaşı bildirib ki, `Qafqaz`-la heç bir problem olmayıb, işdən azad olunması öz istəyidir.
R.Rzayev əlavə edib ki, yeni işi də mətbuatla bağlı olacaq.
Qeyd edək ki, hazırda Qafqaz Universitinin Mətbuat və İctimaiyyətlə Əlaqələr şöbəsində müdir vəzifəsini universitetin prorektoru Natiq Paşa Hidayət əvəz edir.
Rəcəb Rzayev 1992-1999-cu illərdə "Zaman" qəzetində müxbir, "Zaman" qəzeti nəzdində fəaliyyət göstərən "Cihan" reklam şirkətinin reklam müdir müavini, həmin qəzetin nəzdində olan "Avtotime" jurnalının müxbiri çalışıb. 2000-ci ildən Qafqaz Universiteti Mətbuat və İctimaiyyətlə Əlaqələr şöbəsində müdir vəzifəsində çalışıb.
Sevinc İltifatqızı