Əsir həmyerlimizin işi Ermənistan ombudsmanına verildi
L. Poqosyan A. Pələngovun hazırkı vəziyyətindən heç kimin xəbəri olmadığını bildirib. “Biz çalışırıq ki, onunla görüş əldə edək. Əgər, bizə görüş üçün icazə vermirlərsə, dövlət onun qohumlarına görüş versinlər və biz vasitəçi olaraq Pələngovun qohumlarını Yerevana gətirə bilərik. Ümidvaram ki, bu görüş baş tuta bilər. Bu da baş tutmasa, bizə saxlanılan şəxs haqqında istər ombudsman idarəsi, istərsə də digər idarə məlumat versə yaxşı olar”, deyə L. Poqosyan bildirib.(APA)