Direktor və müəllimlər buna müdaxilə edilə bilməz
O, vurğulayıb ki, valideynlər bu məsələdə üzərlərinə düşən vəzifələri düzgün dəyərləndirməlidirlər:
-Bu gün məktəblərimizdə valideyn komitələri, valideyn assosiasiyaları adlı qurumlar var. Həmin qurumlar, yaxud valideynlər bu və ya digər məqsədlər üçün dövlət büdcəsində nəzərdə tutulmayan, misal üçün mədəni tədbirlərin qrup şəklində keçirilməsi, şagirdlərin asudə vaxtlarının təşkili və digər bu kimi tədbirlər keçirə bilərlər.
M. Cabbarov qeyd edib ki, bu gün məktəblərin müfafizəsi üçün maliyyə vəsaiti ayrılmır:
-Valideyn komitələri həmçinin bu istiqamətdə də fəaliyyət göstərə bilərlər, -təbii ki, könülü şəkildə həyata keçirilən təşəbbüslər olarsa. Vətəndaş cəmiyyətinin və valideynlərinin məktəbin həyatında iştirakı prosesini biz məhdudlaşdırmaq niyyətində deyilik. Amma bu yanaşmadan heç bir şəkildə sui-istifadə etmək yoverilməzdir`.
Nazir vurğulayıb ki, valideynlərin məktəb həyatında, təhsil ocaqlarının idarəolunması prosesində iştirakı artmalıdır. Valideyn komitələri təhsil müəsisələri ilə valideynlər arasında əsas körpüyə çevrilməlidir.:
-Valideyn komitələrinin gördüyü işlərin şəffaf hesabatları hazırlanmalı və məktəblərdə xüsusi guşədə asılmalıdır. Məktəb direktorları və müəllimlər valideyn komitələrinin maliyyə məsələlərinə müdaxilə edə bilməzlər. Valideyn komitələrini valideynlər özləri müstəqil şəkildə idarə etməlidirlər.
AzVision.az