Prezidentlə xanımı bilik günü məktəbdə
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva mərasimdə iştirak ediblər. Dövlətimizin başçısı məktəbin təmirdən əvvəlki görüntülərini əks etdirən stendə baxdı.
Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbov görülən işlərlə bağlı Prezident İlham Əliyevə məlumat verdi.
Bildirildi ki, 158 nömrəli tam orta məktəb 1961-ci ildə inşa olunub. 1850 şagird yerlik məktəb üç tədris korpusundan və bir yardımçı binadan ibarətdir. Əsaslı təmir və yenidənqurma işləri bu ilin mayında başlanıb və qısa müddətdə məktəbin bütün sinif otaqları, fənn kabinetləri, yeməkxanası, kitabxanası, akt və idman zalları təmir edilib, yüksək standartlara uyğun şərait yaradılıb. Bu təhsil müəssisəsinin işıqlandırma və istilik sistemi də yenidən qurulmuşdur. Ərazidə abadlıq və yaşıllaşdırma işləri görülüb.
Yaradılmış şəraitlə tanışlıqdan sonra Prezident İlham Əliyev məktəbin pedaqoji kollektivi və şagirdləri ilə görüşdü, yeni dərs ili münasibətilə onları təbrik etdi.
Məktəbin direktoru Zemfira Səmədova ölkəmizdə təhsilin inkişafına göstərdiyi diqqət və qayğıya görə dövlətimizin başçısına minnətdarlıq etdi.
Sonda xatirə şəkli çəkdirildi.
AzVision.az
Teqlər: