“Deyəcəksiniz ki, Məzahir müəllimin başı çıxmır”
“Artıq Azərbaycanda qarşıdan prezident seçkilərində hərəkət qabiliyyətində problemi olan vətəndaşlara seçkilərdə iştirak etmək üçün şərait yaradıldığını deyən Məzahir Pənahovun sözlərinə görə, artıq 1113 yaxın məntəqədə əlil arabasında gələn vətəndaşlar məntəqəyə daxil olarkən pilləkənlər üzərində pantuslar qoyulub.
“İndi bu proses başa çatmaq üzrədir və seçkilərdə əlillər də seçki məntəqələrinə gəlib səs verə biləcəklər. Azərbaycanda səs vermə hüququ olan heç bir seçici kənarda qalmayacaq”, -deyə MSK sədri bildirib.
M.Pənahov həmçinin vurğulayıb ki, seçki məntəqələrinin 20 faizində veb- kamera qurlaşdırılması işi başa çatdırılıb.
Sevinc