Oğlunu yandıran ataya cinayət işi açılıb
Bakı Şəhər Prokurorluğundan AzVision.az-a verilən məlumata görə, Polis İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilən tədbirlər nəticəsində cinayətin törədilməsində şübhəli bilinən N.Əsgərovun atası Aydın Mehdiyev tutularaq istintaqa cəlb edilib.
A.Mehdiyev iş üzrə təqsirləndirilən şəxs qismində cəlb edilərək barəsində rayon məhkəməsinin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
Sentyabrın 14-də N.Əsgərov xəstəxanada vəfat etdiyindən həmin iş Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsinə tövsif edilərək istintaqın davam etdirilməsi Xəzər rayon prokurorluğuna həvalə edilib.
Hazırda iş üzrə istintaq davam etdirilir.
Teqlər: