İmran Cəfərzadə növbəti dəfə əməliyyat oluna bilər

İmran Cəfərzadə növbəti dəfə əməliyyat oluna bilər
  16 Sentyabr 2013    Oxunub:1483
Almaniyanın “Charite” klinikasında müalicə olunan Bakı sakini, 2010-cu il təvəllüdlü İmran Cəfərzadə yenidən əməliyyat oluna bilər.

Bu barədə AzVision.az-a İmranın xalası Əzizə Baxşıyeva məlumat verib. Onun sözlərinə görə, əməliyyatın dəqiq tarixi bilinmir.

-Hazırda İmranın müalicəsi davam edir. Ümumi vəziyyəti pis deyil. Biz istəyirik ki, əsas sol ayağını saxlaya bilək. Onsuz da sağ ayağı kəsilib. Həkimlər heç bir söz demirlər, gözləyirik.

Qeyd edək ki, İmran Cəfərzadənin Almaniyadakı müalicəsi Azərbaycan prezidenti İlham Əliyevin göstərişi əsasında, Heydər Əliyev Fondunun dəstəyi və Azərbaycanın Almaniyadakı səfirliyinin təşkilatçılığı ilə həyata keçirilir.

Xatırladaq ki, İmran Cəfərzadə bu il iyulun 21-də Xaçmaz rayonunda fəaliyyət göstərən “Nabran Holiday Village” istirahət mərkəzində hər iki ayağından ağır xəsarət alıb.

Nihadə Eyyubova


Teqlər:  





Xəbər lenti