İbrahimbəyovun yalanı üzə çıxdı- SƏS YAZISI
APA İnformasiya Agentliyi olaraq məsələyə aydınlıq gətirilməsi məqsədilə bəyan edirik ki, R. İbrahimbəyovun müsahibəsində heç bir təhrifə yol verilməyib. Bunu müsahibənin lent yazısı da sübut edir.
Rüstəm İbrahimbəyov müsahibəsində vahid namizədliklə bağlı bunları deyib: “Amma mən sizə bir şey deyim. İş ondadır ki, mənim heç fikrimdə də deyildi axı, mən vahid namizəd olum. Mən, deməli... Məni məcbur elədilər. Milli Şuranın yaradılmasında mənim rolum məlumdu də, bu mənim təşəbbüsüm idi. Fevraldan iki-üç ay çəkdi. İyunda məqsədimizə çatdıq və orda məni Milli Şuranın sədri seçdilər. Və mən dedim ki, mənim rolum bu olmalıdır. Lakin dedilər yox, sən vahid namizəd olmalısan. Olmasan... Gördüm ki, bunlar biri-biri ilə dil tapa bilməyəcəklər”.
Müsahibənin rus dilinə tərcüməsində də hər hansı yanlışlığa yol verilməyib. “Məni məcbur elədilər” cümləsi “Menya vinudili” kimi tərcümə olunub ki, burada da hər hansı yanlışlıq yoxdur.