11-ci sinif şagirdi bilik günü qəza törətdi

11-ci sinif şagirdi bilik günü qəza törətdi
  16 Sentyabr 2013    Oxunub:1067
Dünən saat 11:30 radələrində Gəncə şəhəri 22 nömrəli orta məktəbin XI sinif şagirdi, sürücülük və idarəetmə hüquqi olmayan Kazımov Azər Vahid oğlu qəza törədib.
Bu barədə AzVision.az-a şəhər prokurorluğundan məlumat verilib.

Məlumata əsasən, K.Azər "Mercedes Benz» markalı maşını özbaşına götürərək idarə etmək istəyib və avtomobil sola doğru istiqamətlənərək ağaca çırpılıb.

Nəticədə, həmin avtomobilin salonunda olan sərnişinlər: həmin məktəbin XI-ci sinif şagirdi Məmmədov Elgün Elçin oğlu və Səfərov Ayxan Surxay oğlu xəsarət alıblar.

Faktla bağlı cinayət işi açılıb, istintaq aparılır.

Mirvari




Teqlər:  





Xəbər lenti