Prezident genetikası dəyişdirilmiş məhsullara qadağa qoydu
“Hesabat dövründə Aqrar siyasət komitəsinin 56 vətəndaşın imzası ilə ərizə, şikayət və müraciət daxil olub. 21 ərizə tədbir görülməsi üçün müvafiq təşkilatlara göndərilib. 34 ərizə isə təkrar daxil olduğu və ərizəyə şikayət və müraciətlərə dövlət idarə, təşkilat və orqanlarından cavablar olduğu üçün işə alınıb. Həmin dövr ərzində 23 şikayətçi komitənin sədri tərəfindən bilavasitə Milli Məclisə qəbul edilib”.
Komitənin payız sessiyası üçün qanunvericilik işlər planını açıqlayıb. Plana 4 qanun layihəsi - “Yaşıllıqların mühafizəsi haqqında”, “Balıqçılıq haqqında”, “Xüsusi mühafizə olunan təbiət əraziləri və obyektləri haqqında” Azərbaycan Respublikasının qanunlarına əlavələrin və dəıyişiklərin edilməsi barədə məsələlərdir.
Eldar İbrahimov bildirib ki, komitəyə Prezident Adminstrasiyasına 6 qanun layihəsinə dəyişiklik edilməsi barədə məsələlər daxil olub. Burada GMO məhsullarının qadağan edilməsi nəzərdə tutulub. Ölkə prezidentinin özü bu barədə göstəriş verib ki, GMO məhsullarnın ölkəyə idxal olunması qadağan edilsin.
Daha sonra gündəliyin iş planına uyğun olaraq “Seleksiya nailiyyətləri haqqında” qanu layihəsi müzakirə edilib. Bu qanun layihəsində genetik modifikasiya olunmuş bitkilərin genetik materiallarının dövlət reyestrinə daxil edilməsi qadağındır. Qanunu pozanlar fiziki şəxslər üçün 3 min manat, vəzifəli şəxslər üçün 10 min manat, hüquqi şəxslər 50 min manat miqdarında cərimə edilməsi nəzərdə tutulub.
Sevinc İltifatqızı