YAP cavab verdi: `Reallığı görmək istəmirlər`
`“Azadlıq.info” saytının “YAP – ın təbliğat fiaskosu” adlı xəbərində göstərilir ki, 9 oktyabr Prezident seçkiləri ilə bağlı YAP Gəncə şəhər Təşkilatının seçicilərlə keçirdiyi təbliğat – təşviqat görüşlərinə cəmi 30 – 40 nəfər seçici gəlir. Çox gülünc bir rəqəmdir! “Azadlıq” yenə də ağ yalanla qərəzli mövqeyini (daha doğrusu mövqesizliyini) ortaya qoyur. Ulu öndər Heydər Əliyevin siyasi kursuna daim sədaqətli olan və Azərbaycan Prezidenti cənab İlham Əliyevin uğurlu fəaliyyətini dəstəkləyən, Gəncəyə sonsuz qayğı və diqqətini yüksək dəyərləndirən gəncəlilər görüş yerlərinə böyük həvəslə, coşqu ilə gələrək, Yeni Azərbaycan Partiyasının namizədini - cənab İlham Əliyevi yekdilliklə dəstəkləyirlər. Böyük mütəşəkkilliklə və yüksək səviyyədə keçən hər görüşdə yüzlərlə, minlərlə seçici iştirak edir. Reallıq sosial şəbəkələrdə yayılan xəbərlərdə və fotoşəkillərdə də təsdiqlənir. Sadəcə, adətləri üzrə “azadlıq.info” bu reallığı görmək istəmir. Yaxşı olardı ki, dağıdıcı müxalif qüvvələr ölkə Prezidenti cənab İlham Əliyevin yorulmaz fəaliyyəti sayəsində firavan və xoşbəxt yaşadıqları Azərbaycanın müqəddəratı həll olunduğu bu günlərdə ictimai rəylə razılaşaraq, bu ölkənin vətəndaşı olduqlarını unutmasınlar.
Ulu öndər Heydər Əliyevin siyasi kursunu yaşadan Azərbaycan Respublikasının Prezidenti,Yeni Azərbaycan Partiyasının sədri cənab İlham Əliyevə Gəncə şəhərində əhalinin inamı, rəğbəti olduqca yüksəkdir`.