Yeni standartlar qəbul edildi
Standartlar Azərbaycan Respublikasının Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi, Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi və Standartlaşdırma üzrə “İnformasiya-kommunikasiya texnologiyaları” Texniki Komitəsi (TK 05) tərəfindən işlənilib Komitəyə təqdim edilib.
AZS İSO/İEC 2382-18-2013 “İnformasiya texnologiyaları – Sözlük – Hissə 18 – Verilənlərin paylanmış emalı” dövlət standartı verilənlərin paylanmış emalı sahəsində beynəlxalq ünsiyyəti asanlaşdırmaq üçün nəzərdə tutulur.
Standartda verilənlərin paylanmış emalına və xüsusən də şəbəkə elementləri və komponentlərinə, şəbəkə topologiyasına, şəbəkə arxitekturasına, şəbəkə funksiya və tətbiqi proqramlarına aid anlayışlara tərif verilir.
AZS İSO/İEC 2382-20-2013 “İnformasiya texnologiyaları – Sözlük – Hissə 20 – Sistemin işlənməsi” dövlət standartında isə sistemin layihələndirilməsi və keyfiyyət təminatı da daxil olmaqla, sistemə olan tələblərin təhlilindən başlamış sistemin tətbiqinə qədər onun bütün həyat dövrünün əsas anlayışlarının tərifləri verilir.