`Offşor`a 138 milyard dollar

`Offşor`a 138 milyard dollar
  02 Oktyabr 2013    Oxunub:1326
Nazarbayev offşor zonaya 138 milyard dollar çıxarıb.
Qazaxıstan offşor zonalara pul çıxarmış ölkələr arasında liderlik edən ilk 10 dövlətin siyahısına daxildir. Beynəlxalq ekspertlər prezident Nursultan Nazarbayevin və komandasının üzvlərinin, habelə qazax şirkətlərinin Qazaxıstandan offşor zonalara çıxardığı vəsaitin həcminin 138 milyard dollar olduğunu bildirirlər.

AzVision.az “Rosbalt” agentliyinə istinadən xəbər verir ki, ayrı-ayrı ekspertlərin hesablamalarına görə, Gömrük İttifaqının üzvü olan ölkələrin ərazisi iriməbləğli vəsaitlərin offşor zonalara çıxarılması üçün ideal sxemə çevrilib. Çünki bu ölkələrin ərazisində ciddi sərhəd nəzarəti yoxdur və bu üzdən də yalançı ixracatçılara nəzarət etmək faktiki olaraq mümkün deyil.

Rusiyanın “Vedomosti” qəzeti Rusiya Mərkəzi Bankına istinadən bildirir ki, Qazaxıstan və Belarusdan saxta idxal Rusiyaya 25 milyard dollara başa gəlib: “Rusiya şirkətləri isə 2012-ci ildə Gömrük İttifaqının boz-bulanıq sxemləri sayəsində ölkədən 25 milyard dollara yaxın pul vəsaiti çıxara biliblər. Onların 10 milyard dollara yaxını Qazaxıstan, 15 milyardı isə belarus vasitəsilə leqallaşdırıla bilərdi”.


Teqlər:





Xəbər lenti