Avropada vergilər artır

Avropada vergilər artır
  02 Oktyabr 2013    Oxunub:1325
İtaliyada əlavə dəyər vergisi 22 faizə qaldırılmışdır.
İtaliyada bütün mallar və xidmətlər üçün əlavə dəyər vergisi 21 faizdən 22 faizə qaldırılmışdır. Bu yenilik əvvəlki texniki hökumətin - Mario Monti hökumətinin böhranın kəskinləşməsi halları üçün qəbul etdiyi qənaət tədbirləri paketində nəzərdə tutulub.

Əvvəlcə artımın iyul ayında olacağı gözlənilirdi, lakin sonra onu oktyabr ayınadək təxirə salmaq qərara alındı. Enriko Letta hökuməti ƏDV-nin artırılmasını yenə təxirə salmağa hazırlaşırdı, lakin siyasi vəziyyətin kəskinləşməsi buna mane oldu. Keçmiş Baş nazir və hakim koalisiyaya daxil olan “Azadlıq xalqı” partiyasının lideri Silvio Berluskoni kabinetin dəstəklənmədiyini elan etdi.

Bundan əvvəl ƏDV-nin 20 faizdən 21 faizə qaldırılması 2008-2011-ci illərdə Berluskoni hökuməti tərəfindən həyata keçirilib.

Əmtəə və xidmətlərdən dövlətə ayırmaların məbləğinin dəyişməsi texniki narahatlıqlar yaradacaqdır. Bununla əlaqədar olaraq vergi xidmətləri elan edib ki, ilk vaxtlar 21 faiz ödəməkdə davam edən vergi ödəyicilərinə qarşı sanksiyalar nəzərdə tutulmayıb.

İqtisadçıların fikrincə, 1 faiz artım xəzinəni xeyli artıracaq, lakin kiçik və orta müəssisələr üçün ağır yük olacaq. Bundan başqa, analitiklər azacıq qiymət artımını da istisna etmirlər.

Vergidən yayınma da problem olaraq qalır. Bəzi mağazalar qəbz yazmadan əmtəə satmağı, xidmətlər göstərməyi üstün tuturlar ki, bu da öz növbəsində istehlakçıların ƏDV ödəməməsinə imkan yaradır.


Teqlər:  





Xəbər lenti