TQDK sədri yataqxanaların olmamasından şikayətləndi
Onun sözlərinə görə, dövlət sifarişli yerlərə qəbul olan tələbələrin yükü valideynlərin üzərinə düşür. Xüsusən, aşağı nəticə göstərib özəl ali məktəblərə düşən oğlanların oxuması üçün valideynlər daha çox çalışır.
Komitə sədri xatırladıb ki, 11 illik bazadan kolleclərə qəbul olanların 1%-i 400-500 bal toplayıb və ali məktəbə getməyərək orta ixtisas məktəblərini seçiblər:
`Məsələn, yaşadıqları regiondakı tibb texnikumlarını. Halbuki, həmin gənclər Azərbaycan Dövlət Aqrar Universitetində ödənişsiz əsaslarla təhsil ala bilərdilər`.
M.Abbaszadə sosioloqların bunun səbəblərinin, gender aspektlərinin araşdırmasının vacibliyini qeyd edib: `İlk dəfə belə bir halla rastlaşdım, bir qız yüksək balla terapiya ixtisasına qəbul olub, amma sonra imtina edib. Maraqlandıq, qaynanası gəlib dedi ki, o hicab taxır, ona görə terapiyaya yox, pediatriyaya ilə məşğul ola bilər. Bu fakt təəssüf doğurur`.
Mirvari