Rusiya hara `çağırır`?
Vladimir Putin vurğuladı ki, Rusiyanın 3,373 trilyon dolları Almanların 3,378 trilyon deməkdir. Adambaşına düşən ÜDM və istehlak səviyyəsinə görə isə Rusiya Avropa Birliyi ilə müqayisə olunacaq səviyyədədir.
Lakin o həm də boynuna aldı ki, əmək məhsuldarlığı baxımından Rusiya inkişaf etmiş ölkələrlə müqayisədə iki dəfə geri qalır. Bu Rusiyanın daha çox təbii sərvətlərdən pul qazanması ilə bağlıdır deyə Putin etiraf etdi. O məmurları əmək bazarının keyfiyyətin artırmağa çağırdı. Amma məhsuldarlığın artımı qaçılmaz işsizliklə nəticələnəcək deyə salondan müdaxilə gəldi, hökumət sosial etirazlara hazırdımı? Düzgün idarə olunsa etirazlar olmaz, biz zavodları bağlayıb insanları küçəyə atmağı yox, kadrlar hazırlayıb daha yaxşı maaşa işlətməyi təklif edirik deyə Putin sual cavab verdi. O, bildirdi ki, “Arxaik xarakterli iş yerlərin dəstəkləmək, sonsuza gedən yoldur”.
Özünü (telekommunikasiya və media , əyləncə sahəsində) Rusiyada veteran investor sayan “Investment ABK Kinnevik” şirkətinin İdarə Heyətinin sədri Kristina Stenbek forum zamanı maraqlı bir fikir səsləndirdi: “Rusiyaya investisiya yatırmanın 2-növü var, dünya praktikasında olduğu kimi və ya rus sayağı...birinci variant dalana dirənir”... “Burda səmərəli biznez yalnız tənzimləyici insanların nə fikirləşdiyini əvvəlcadən bilməklə qurmaq olar” sitatın sonu.
Sərmayəçilər siyasətdən də geri qalmadılar. Putindən ölkədə olan siyasi dustaqların nə vaxt çıxacağını soruşduqda, “siyasi dustaq” sözü prezidentin xoşuna gəlmədi. “Onlar həbsdə olan zaman siyasətlə məşğul olmağa başlayıblar, o ki, qaldı onların çıxmağına əlbətdə heç kim əbədi məhbus olmalı deyil, lakin dövlətdə güclü və ədalətli olmalıdır”.
Potensial sərmayədarların suallarına maksimum ədalətlə cavab verməyə çalışan RF prezidenti ölkədə infrastrukturun baha olmasın korrupsiya ilə əlaqələndirərək böyük etiraflarından birin etdi, amma dünyanın hər bir yerində bunun olduğun da iştrakçılara elə “Putin sayağı” isbat etməyə nail oldu.