Namazovun adamı İlyas İsmayılovun partiyasına keçdi
05 Oktyabr 2013
Oxunub:1040
`Demokratik düşərgə`nin tanınmış simalarından olan İlham Hüseyn Ədalət Partiyasına keçib.
AzVision.az xəbər verir ki, bu barədə Modern.az saytına Ədalət Partiyasının sədr müavini Mütəllim Rəhimli məlumat verib. Onun sözlərinə görə, İlham Hüseyn partiyanın Siyasi Şurasının bu gün keçirilən növbəti iclasının qərarı ilə bundan sonra “Ədalət”in Siyasi Şurasında təmsil olunacaq.