İrəvanda üsyançılar parlamenti ələ keçirmək istəyir - (VİDEO)
AzVision.az erməni KİV-lərinə istindən xəbər verir ki, “Yelk” fraksiyasının lideri, deputat Nikol Paşinyan "Fransa" meydanında toplaşan etirazçıları parlamentin binası istiqamətində bütün yolları bağlamağa çağırıb.
Qeyd edək ki, 17 aprel saat 12:00-da Ermənistan parlamenti Serj Sarkisyanın baş nazir postuna seçilməsini müzakirə edəcək, onun mamizədliyi daha sonra səsverməyə çıxarılacaq.
Paşinyan isə Sarkisyanın baş nazir seçilməsinə mane olmaq üçün aksiyaların daha geniş ərazini əhatə etməsinə qərar verib. O, erməni xalqını küçələrə çıxaraq etirazçılara qoşulmağa çağırıb.
Ötən gün İrəvanda baş verən aksiyalar zamanı xəsarət alanlar arasında jurnalistlər də olub. Bundan əlavə yolları bağladığı üçün etiraçılarla sürücülər arasında tez-tez mübahisələr baş verib.
Alpər Mövludoğlu
AzVision.az