Qaz kəmərlərindən alınan gəlirin həcmi açıqlanıb

Qaz kəmərlərindən alınan gəlirin həcmi açıqlanıb
  07 May 2025    Oxunub:526
Ötən il Azərbaycanın magistral qaz kəmərləri ilə yükdaşımalardan əldə etdiyi gəlir 2707608,8 min manat təşkil edib. Bu da illik müqayisədə 7,6% artım deməkdir.
Dövlət Statistika Komitəsindən AzVision.az -a verilən məlumata görə, 2023-cü ildə sözügedən göstərici 2516082,5 min manat səviyyəsində olub.

Ötən il Azərbaycanda magistral qaz kəmərləri ilə 40348,3 mln. kubmetr qaz nəql edilib və əvvəlki ilin göstəricisinə nisbətən 2,7% artım müşahidə olunub.

Qaz nəqlinin 56,6%-i Bakı-Tbilisi-Ərzurum Cənubi Qafqaz boru kəməri vasitəsilə həyata keçirilib. Bu boru kəməri vasitəsilə "Şahdəniz" qaz-kondensat yatağında hasil edilən qaz ixrac edilir. Belə ki, hesabat dövründə bu kəmərlə 22 851,9 mln. kubmetr qaz ötürülüb (4,3%-lik artım).

AzVision.az


Teqlər: qaz-kəmərləri   gəlir  





Xəbər lenti