Pakistan Hindistan ordusuna zərbə endirib

   Pakistan Hindistan ordusuna zərbə endirib
  07 May 2025    Oxunub:665
Pakistanın Silahlı qüvvələri Hindistan ordusunun piyada briqadasının batalyonunun qərargahına hücum edərək komanda məntəqəsini dağıdıb.
AzVision.az “Dawn” qəzetinə istinadən bildirir ki, İslamabadda keçirdiyi brifinqdə Pakistan Müdafiə nazirliyinin İctimaiyyətlə Əlaqələr idarəsinin direktoru general Əhməd Çauxdri belə açıqlama verib.

“Pakistan ordusu Hindistanın təcavüzünə tam cavab verib və Hindistan Silahlı qüvvələrinin briqadasının batalyonunun qərargahını məhv edib. Oradan Hindistan hərbçilərinin Kəşmirdə Nəzarət Xəttində atəşkəs rejimini pozması koordinasiya olunurdu”, - qəzet Çauxdridən sitat gətirir.

Generalın sözlərinə görə, Pakistan Kəşmirin Çhatri, Cura və Sarliya rayonlarında Hindistanın bir neçə hərbi postuna zərbələr endirib, həmçinin Pakistan ərazisinə hava hücumlarında iştirak edən Hindistan Hərbi Hava qüvvələrinə məxsus 5 döyüş təyyarəsini vurub.
- Biz heç bir Hindistan təyyarəsinin Pakistanın hava məkanını pozmasına imkan verməmişik, heç bir Pakistan təyyarəsi Hindistan sərhədini pozmayıb”, - general deyib.

Hindistan-Pakistan münaqişəsi qızışır | VİDEO
İnformasiya texnologiyaları naziri Şaza Fatimə Xavaca, öz növbəsində bildirib ki, Hindistan tərəfinin Paskistanın informasiya şəbəkələrinə haker hücumları həyata keçirmək cəhdləri qeydə alınıb və onlar uğurla dəf olunub. Xanım Xavaca Pakistan Telekommunikasiya idarəsi də daxil olmaqla bütün agentliklərin tam gücü ilə işlədiyini və Hindistan kiberhücumları təkrarlayacağı təqdirdə səlahiyyətlilərin sayıq olduqlarını söyləyib.

“Dawn” nəşrinin məlumatına görə, bu arada Pakistan reyncersləri Hindistanın şərqindəki Pəncab əyalətinin Şakargah şəhəri yaxınlığında, sərhədə yaxın ərazidə hindlilərin bir pilotsuz təyyarəsini vurublar. Kəşmirin İslamabadın nəzarətində olan hissəsində (Azad Kəşmir) Kotli şəhərində Pakistan quru qüvvələrinin Hindistana məxsus PUA-nın qarşısını aldığı da bildirilib.

Pakistanın Milli Təhlükəsizlik Şurası ölkənin Silahlı qüvvələri Hindistanın təcavüzünə cavab tədbirləri görməyə səlahiyyətli olduğunu açqıalyıb. İslamabad regionda eskalasiyaya görə məsuliyyətin tamamilə Hindistanın üzərinə düşdüyünü vurğulayıb.

- Pakistan Silahlı qüvvələri bununla bağlı müvafiq tədbirlər görməyə borcludur”, - “Dawn” qəzeti Pakistan Milli Təhlükəsizlik Şurasının bəyanatından sitat gətirir.

Təhlükəsizlik Şurasının açıqlamasında bildirilir ki, “müvafiq addımlar atmaq üçün hərbçilərin icazəyə əsasən, istənilən vaxt, istənilən yerdə və məqsədəuyğun hesab etdiyi hər hansı bir şəkildə özünümüdafiə məqsədilə Hindistanın hücumlarına cavab vermək” hüququnu Pakistan özündə saxlayır.

Sahil İsgəndərov
AzVision.az


Teqlər:   Pakistan   Hindistan   zərbə  





Xəbər lenti